Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
3 Mart 2026 / 17:17

Bu şəraitdəki təndirxanada təndirə çörək yapılıb satılırmış – FOTOLAR

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Masallı rayonunun Mahmudavar kəndində yerləşən təndirxanada yoxlama keçirilib.

Tezadlar.az  xəbər verir ki, antisanitar şəraitdə fəaliyyət göstərən ictimai iaşə obyektində qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.

Belə ki, obyektin sanitar-gigiyenik tələblərə cavab vermədən fəaliyyət göstərdiyi, sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı və digər tələblərin pozulduğu aşkarlanıb.

Aşkarlanmış nöqsanlarla bağlı inzibati protokol tərtib edilib, obyektin fəaliyyəti məhdudlaşdırılıb.

tendirxana

tendirxana

tendirxana

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!