Əsas məzmuna keç

TOVUZDAKI QƏZADA 2 NƏFƏR ÖLDÜ VƏ…

Ötən gecə Tovuzdakı yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralananların şəxsiyyəti dəqiqləşib.

Belə ki, rayonun Aşağı Quşçu kəndində “VAZ-2106” markalı iki avtomobilin toqquşması nəticəsində, 1997-ci il təvəllüdlü Hümbətov Həzirətabbas Yaşar oğlu və 2005-ci il təvəllüdlü Atayev Aykut Sahib oğlu hadisə yerində dünyasını dəyişiblər. Daha 3 nəfər – 2009-ci il təvəllüdlü Hüseynov Uğur Rafiq oğlu, 2001-ci il təvəllüdlü Elşən Quliyev və 2002-ci il təvəllüdlü Nurlan Abbasov müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər. Qeyd edək ki, xəsarət alanların vəziyyəti orta-ağır və ağır qiymətləndirilir. Faktla bağlı araşdırmalara başlanılıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…