3 Mart 2026 / 17:50

Korrupsioner məmurların bütün əmlakı müsadirə oluna bilər – təklif verildi

Rusiya korrupsiyaya yol vermiş məmurların bütün əmlakının tam müsadirəsini tətbiq etməyi təklif edilir.

Təklif Rusiya Federasiyası İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin tərəfindən irəli sürülüb.

Tezadlar.az  xəbər verir ki, o, korrupsiya cinayətlərinə görə cəzaların sərtləşdirilməsini təklif edib. Bu barədə İstintaq Komitəsinin teleqram kanalında məlumat verilib.

Bastrıkin qurumun idarə heyətinin genişləndirilmiş iclasında bildirib ki, “Korrupsioner məmurlar üçün cinayət cəzası kimi əldə edilmiş bütün əmlakın tam müsadirəsini tətbiq etməyin vaxtı gəlib çatıb”.

Aleksandr Bastrıkinin sözlərinə görə, 2025-ci ildə 14.200 korrupsiya işi məhkəməyə göndərilib.

Bunlardan 555-i mütəşəkkil qruplar və cinayətkar təşkilatlar tərəfindən törədilib.

“Təqsirləndirilən korrupsionerlər arasında 617 nəfərin xüsusi hüquqi statusu var idi. Belə ki, 308 deputat və bələdiyyə başçısı, 20 regional qanunvericilik orqanının deputatı, 58 ibtidai istintaq orqanının rəhbəri və müstəntiqi, 13 prokuror barəsində işlər məhkəməyə göndərilib”, -deyə o bildirib.

 

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!