3 Mart 2026 / 18:18

İrana hücum nəticəsində həlak olanların bu günə olan sayı açıqlandı: 742-si mülki şəxsdir

İran Qızıl Aypara Cəmiyyəti İsrail və ABŞ-ın ölkəyə endirdiyi zərbələr nəticəsində 787 nəfərin öldüyünü bildirib.

Tezadlar.az  xəbər verir ki,  bu barədə Əl-Cəzirə məlumat verib.

İrandakı İnsan Haqları Fəalları (HRANA) bildirib ki, atəş nəticəsində 176 uşaq da daxil olmaqla 742 mülki şəxs həlak olub.

İranda Minab ibtidai məktəbinə edilən hücumda həlak olan 165 qızın dəfn mərasimi keçirilib.

Qızıl Aypara Cəmiyyətinin məlumatına görə, İranın 153 bölgəsində təxminən 1039 raket zərbəsi qeydə alınıb və 504 obyektə ziyan dəyib.

Bu gün İsrail Livanın cənubunda quru əməliyyatına başlayıb. Müdafiə naziri İsrael Kats bildirib ki, ölkə silahlı qüvvələri “hücuma başlamaq və Livanda əlavə strateji əraziləri ələ keçirmək” əmri alıb.  Bəyanatda deyilir ki, bu hərəkətlər “İsrailin sərhəd bölgələrinin atəşə tutulmasının qarşısını almaq” məqsədi daşıyır.

İsrail ordusunun mətbuat xidmətinin məlumatına görə, SAHAL Livanın cənubuna daxil olub və ölkə daxilindəki mövqeləri nəzarətə götürüb.

Hərbçilər məqsədlərinin “Hizbullah” infrastrukturuna zərbə vurmaqdan ibarət olduğunu açıqlayıb.

 

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!