Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
3 Mart 2026 / 22:41

İbrahim Çingiz ailə həyatından danışdı

Aktyor İbrahim Çingiz xanımı və həmkarı Aydan Axundzadə ilə evliliyindən danışıb.

Tezadlar.az xəbər verir ki, İbrahim bu barədə “Pərvizə görə”də açıqlama verib. Sənətçi deyib ki, işlə bağlı Aydana hər hansı qadağa qoymayıb:

“Bu yaxında bir gənc aktrisa bu sualı verdi ki, düşünürəm ki, ailə qurmalıyam, amma o adam hansı sahədən olmalıdır? Ya da deyər ki, səhnəyə çıxma, oynama, evdə oturmalısan. Mən elə yanaşmıram. Demişəm ki, işləmək sənin qərarındır, istəyirsənsə, işlə. İstəmirsənsə, mən 4-5 yerdə çalışaram, canın sağ olsun. Uşaqla çox çətinlik çəkir, əlimdən gələn qədər çalışıram ki, ona kömək edim”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!