4 Mart 2026 / 10:45

Hafiz Hacıyev “qan-qan” dedi, Fazil Mustafanı qınadı: “Deputatların, nazirlər arvadlar…”

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev qalmaqallı çıxışı ilə yenidən gündəmdədir. “Heç bir qadın, heç bir xanım aliment almaq üçün boşanıb özünün, uşaqlarının gələcəyini puç eləməz. Boşanmış qadına verilən aliment nə qədərdir ki, hələ ona görə də boşansınlar. Millət vəkilləri xalqın sosial problemlərindən danışsın. Boşanmaların səbəbini qadınların üstünə atmaq Milli Məclisin ayıbıdı”, -deyən Hacıyev deputat Fazil Mustafanın parlamentin iclasında qadınların aliment üçün boşanması ilə bağlı dediyi fikirlərə münasibət bildirərkən belə deyib(tribuna.az). H.Hacıyev qeyd edib ki, Fazil Mustafa parlamentdə qadınların işsizlikdən, sosial problemlərdən boşandığını deməli idi: “Fazil Qəzənfəroğlu deməli idi ki, qadınlar işsizlikdən, problemlərdən, evsizlikdən boşanır. Gənclərimiz evlənib kirayələrdə yaşayır. Ev almaq mümkün deyil. İş tapa bilmirlər. Uşaq dünyaya gəlir, gənclərin vəziyyəti daha da ağırlaşır. Uşaq pulu verilmir, normal maaş verilmir. Fazil Mustafa bunları niyə demir? Necə olur ki, deputatların, nazirlərin arvadları 2-3 maşın sürə bilir, ancaq bir adi vətəndaş, adi bir xanım bir aylıq maaşı ilə güclə dolanır. Qadınlar düşdükləri çətinliyə görə, sosial problemlərə gör ayrılmaq məcburiyyətində qalırlar. Deputatlar oturub orada boş-boş mövzular müzakirə edir, lazımsız söhbətlər edirlər. Uşaq pulunun verilməsini müzakirə etsinlər, sosial problemlərdən danışsınlar, gənclərin işsiz, evsiz qalmasını gündəmə gətirsinlər”.

Bəli, Azərbaycanda hər il boşanmalar artıq,. Bu isə daha çox ailənin sosial problemləri səbəbindən baş verir. Boşanmalara dair məhkəmə qərarlarının 80 faizi bunla bağlıdır… Gənc ailələrin işsizlikdən yaşadığı problemlər mütləq diqqətdə olmalıdır. Ailə qurmaq bəzən gənclər üçün məcburi zərurət olur, amma az sonra ailənin dolanışığı-yaşamı ortaya gəlir: iş yox, pul yox, dolanışıq yox!

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!