Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

N’hay’t? fevralın 28-də İsrail və ABŞ-ın hücumu nəticəsində şəhadətə yetişən İranın ali lideri Ayətullah Əli Xamenei doğulduğu Məşhəd şəhərində dəfn ediləcək. Tezadlar.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusuna yaxın olan “Fars” agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, ali rəhbərin nəşi Tehranda vida mərasimindən sonra Məşhədə aparılacaq. Qeyd olunub ki, matəm mərasimlərinin tarixi dəqiqləşdirilir və tezliklə elan ediləcək.
Xatırladaq ki, Peyğəmbər(ə.s.) nəslindən olan İmam Rzanın məqbərəsi də Məşhəd şəhərində yerləşir, dünya müsəlmanlarının ziyarət yeridir.
A.Məmmədli