Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Yaxın Şərqdə yaranmış vəziyyətlə əlaqədar olaraq uçuşları ləğv olunmuş ölkə vətəndaşlarının Azərbaycan tərəfindən Səudiyyə Ərəbistanının Ciddə şəhərindən Bakıya təhlükəsiz təxliyəsi həyata keçirilir.
Tezadlar.az xəbər verir ki, “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən verilən məlumata görə, AZAL-a məxsus “Boeing 787 Dreamliner” təyyarəsinin yaxın saatlarda Heydər Əliyev Beynəlxalq Aeroportuna enişi gözlənilir. Təxliyə reysi vasitəsilə ümumilikdə 209 vətəndaşın ölkəyə qayıdışı təmin edilir.
Hazırda AZAL ölkənin milli aviadaşıyıcısı olaraq müvafiq qurumlar tərəfindən müəyyən edilmiş prosedurlara uyğun olaraq reyslərin təhlükəsiz və planlı şəkildə icrasını həyata keçirir.
Qeyd edək ki, növbəti günlərdə Yaxın Şərqin digər istiqamətlərindən Bakıya təxliyə reysləri planlaşdırılır.
Əlavə sual yaranarsa, callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət etmək mümkündür.