Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Son 10 gündə ADY-nin hərəkətdə olan sərnişin qatarlarına 5 dəfə daş atılıb.
Bu barədə Tezadlar.az -a “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.
Bildirilib ki, bu vandalizm aktları nəticəsində qatarların şüşələrində və gövdəsində çatlar, zədələr meydana gəlib:
“Müvafiq qaydada hüquqi qiymət verilməsi, səbəbkarların məsuliyyətə cəlb edilməsi üçün sözügedən hadisələr araşdırılır. Atılan hər daş təkcə qatara yox, həm də qatar heyətinə və evə, işə, dərsə, görüşə gedən sərnişinə – insan həyatına atılır. Bir daha bu cür vandallıqları törətməkdən çəkinməyə, hamımızın sərvəti olan qatarları qorumağa çağırırıq”.