Azərbaycandan Ermənistana neft məhsullarının və Rusiya gübrəsinin tədarükü davam edir.
Tezadlar.az xəbər verir ki, 1984 ton dizel yanacağı daşıyan 31 çən vaqon və 135 ton Rusiya gübrəsi yüklənmiş 2 vaqon “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb. Yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq.
Bildirilir ki, Rusiya gübrəsi Azərbaycandan tranzit vasitəsilə Ermənistana göndərilir.





