Əsas məzmuna keç

Azərbaycandan Ermənistana daha 31 çən vaqon dizel yanacağı və Rusiya gübrəsi göndərildi – VİDEO

Azərbaycandan Ermənistana neft məhsullarının və Rusiya gübrəsinin tədarükü davam edir.

Tezadlar.az xəbər verir ki, 1984 ton dizel yanacağı daşıyan 31 çən vaqon və 135 ton Rusiya gübrəsi yüklənmiş 2 vaqon “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb. Yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq.

Bildirilir ki, Rusiya gübrəsi Azərbaycandan tranzit vasitəsilə Ermənistana göndərilir.

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…