Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Neftçi” klubu futbolçusu Murad Məmmədovun Kipr təmsilçisi “Aris”in maraq dairəsinə düşməsinə münasibət bildirib. Bu barədə mətbuat xidmətinin rəhbəri Asəf Zeynallı mediaya açıqlama verib. Tezadlar.az xatırladır ki, o, yazılanların həqiqəti əks etdirmədiyini söyləyib:”Murad Məmmədov “Neftçi”nin yetirməsidir, hazırda da müqavilə ilə kluba məxsusdur. Adı bir çox klubla yanaşı hallansa da, bütün bunlar həqiqəti əks etdirmir. Heç bir rəsmi təklifdən söhbət gedə bilməz”.
Xatırladaq ki, 19 yaşlı cinah oyunçusu 2024-cü ildən “Neftçi”nin əsas komandasındadır. Hazırda onun müqaviləsinin müddətinin uzadılması ilə bağlı danışıqlar davam edir.