Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İranda ali dini lider Ayətullah Əli Xameneinin varisinin təyin edilməsi təxirə salınıb. Tezadlar.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) nəşri iki İran məmuruna istinadən məlumat verib. Bildirilib ki, bu qərar ABŞ və İsrailin yeni dövlət başçısının da hədəfə çevrilə biləcəyi bəyanatlarından sonra təhlükəsizlik səbəbləri ilə əlaqəli olub. Mənbələrin sözlərinə görə, Ayətullah Xameneinin oğlu Müctəba Xameneinin ölkənin yeni lideri ola biləcəyinə dair KİV-də yayılan xəbərlərdən sonra İranda onun təhlükəsizliyi ilə bağlı narahatlıqlar artıb. NYT qeyd edib ki, əgər Müctəba Xamenei hər şeyə rəğmən İranın yeni ali lideri olarsa, bu, İslam Respublikasında sərt və mühafizəkar idarəetmə xəttinin davam etməsi demək olacaq. Nəşr Ayətullah Əli Xameneinin oğlunu “müəmmalı, lakin nüfuzlu şəxs” adlandırıb və onun İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə yaxın əlaqələrinin olduğuna diqqət çəkib.
İranın Rusiyadakı səfiri Kazem Cəlali bildirib ki, ali rəhbərin seçilməsi ilə bağlı dəqiq məlumat yoxdur: “Konstitusiyamıza əsasən, ali lider prosesin gedişatında seçiləcək. Bütün rəhbərlərimiz təhlükə altındadır. Lakin ölkəmiz irəliləyir və bu o deməkdir ki, bizdə sistem formalaşdırılıb və bu sistem çərçivəsində yeni ali lider seçiləcək”, – deyə Cəlali bildirib.
Xatırladaq ki, daha əvvəl İsrail müdafiə naziri İsrael Kats sələfinin yolunu davam etdirəcək istənilən yeni İran liderinin İsrailin hədəfi olacağını bəyan etmişdi. ABŞ Prezidenti Donald Tramp daha əvvəl yeni ali liderin təyinatında şəxsən iştirak etmək istəyini bildirmişdi.