Əsas məzmuna keç

Pedro Bikalyo İtaliya klubunun hədəfində

İtaliyanın “Fiorentina” klubunun “Qarabağ”ın futbolçusu Pedro Bikalyo ilə maraqlandığı iddia olunub.

Tezadlar.az xəbər verir ki, bu məlumat sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, Florensiya təmsilçisi braziliyalı yarımmüdafiəçini transfer etmək niyyətindədir.

İddiaya görə, klub rəhbərliyi futbolçunun çıxışını yaxından izləyir, onun komandaya cəlb olunmasında maraqlıdır və yaxın günlərdə “Qarabağ”a rəsmi təklif göndəriləcək.

“Qarabağ” futbol klubunun Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda heç bir futbolçu üçün rəsmi təklif gəlməyib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…