Cəmiyyət
Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycanda iki nəfər insan alverinə görə axtarışa verilib.
Tezadlar.az xəbər verir ki, onlar Ağsu rayon sakini, 28 yaşlı Ayşən Araz qızı Əzizxanlı və Qax rayon sakini, 29 yaşlı Əbdül Ruslan oğlu Musayevdir.
Onların barəsində Cinayət Məcəlləsinin 243.1-ci (fahişəliyə cəlb etmə) maddəsilə cinayət işi açılıb.
Məlumata əsasən, Ayşən Əzizxanlı barəsində axtarış elan olunub. Əbdül Musayev barəsində isə həbs qətimkan tədbiri seçilib və o, İnterpol kanalları vasitəsilə beynəlxalq axtarışa verilib.