Bu günlərdə Bakı Ali Neft Məktəbinin “SOCAR Downstream Management” şirkətində çalışan məzunları ilə görüş keçirdik.
Tezadlar.az xəbər verir ki, bu barədə
BANM-ın rektoru Elmar Qasımov sosial media hesabında bildirib.
Rektor vurğulayıb ki, SOCAR-da çalışan BANM-ın 100-dək məzunundan bəziləri rəhbər vəzifələrə yüksəlib.
“Böyük qürurla qeyd edirəm ki, “SOCAR Downstream Management” şirkətində hazırda 100-dək məzunumuz çalışır, onlardan 9 nəfəri qısa müddətdə rəhbər vəzifəyə yüksəlib. Təkcə ötən il 25 məzunumuz şirkətdə işlə təmin olunub. Onların peşəkarlığı, BANM-də qazandıqları bilikləri istehsalatda uğurla tətbiq etmələri bizi çox qürurlandırır.
Görüşdə “SOCAR Downstream Management”in Baş direktoru Emil Alxaslı və Heydər Əliyev adına Neft Emalı Zavodunun direktoru Xəyal Cəfərov da çıxış edərək BANM məzunlarından məmnunluqlarını bildirərək, yüksək peşəkarlığa malik olduqlarını və qısa müddətdə mühüm vəzifələrə yüksəldiklərini vurğuladılar.
Məzunlarımız Eldar Hüseynli, Nigar Mirzəyeva, Gülər Hacıyeva və Samir Səlimli də çıxış edərək BANM-də qazandıqları bilik və bacarıqların onların peşəkar inkişafında mühüm rol oynadığını qeyd etdilər.