13 Mart 2026 / 14:27

“Qarabağ”ın futbolçusu Kris Kuaku Norveç klubuna transfer olundu

“Qarabağ” FK heyətində dəyişiklik edib. Ağdam təmsilçisi 26 yaşlı yarımmüdafiəçisi Kris Kuakunun transferi ilə bağlı Norveçin yüksək liqa təmsilçisi “Sarpsborg 08” klubu ilə tam razılığa gəlib.

Artıq yeni klubunun tibbi müayinəsindən uğurla keçən fil dişili futbolçunun yaxın saatlarda rəsmi müqaviləyə imza atacağı gözlənilir. Qeyd edək ki, Kris Kuaku “Qarabağ”a 2025-ci ilin yay transfer pəncərəsində qoşulmuşdu. Klub futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

Səbinə Bağırova

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!