Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
16 Mart 2026 / 07:58

İran razılaşma əldə etmək istəyir?- TRAMPDAN SON AÇIQLAMA

Son bir neçə gündür ABŞ və İsrail İranın yüzlərlə strateji obyektlərini, xüsusən də tankerlərini məhv etməkdədir. Xarici media və hərbi mütəxəssislər də bildirirlər ki, İranın atdığı raketlər isə hara gəldi düşür. Son günlər isə bu tip atışlar dəfələrlə azalıb. Ölkənin hava məkanı da faktiki olaraq ABŞ- ın təsir dairəsindədir. ABŞ Prezidenti Donald Tramp isə ötən gün bildirib ki, Tehran və Vaşinqton arasında dialoq son iki gündə davam edir və İran tərəfi razılaşma əldə etməyə çalışır. Tezadlar.az Reuters- ə istinadla xəbər verir ki, Tramp bu barədə Uest-Palm-Biçdən (Florida ştatı) Vaşinqtona uçarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən danışıb. Sitat: “Biz danışıqlar aparırıq. Onların razılaşma üçün hazır olduğunu düşünmürəm, amma buna çox yaxındırlar. Onlar çox istəyirlər ki, razılaşma əldə olunsun”. Tramp eyni zamanda qeyd edib ki, İran hakimiyyəti hələlik Vaşinqtonun tələblərini yerinə yetirməyə hazır görünmür. “Onlar danışıqlar aparmaq istəyirlər, amma məncə hələ hazır deyillər. Düşünmürəm ki, onlar etməli olduqlarını etməyə hazırdırlar. Amma hesab edirəm ki, müəyyən vaxtdan sonra buna hazır olacaqlar”.

Tramp əlavə edib ki, ABŞ İrana qarşı hərbi əməliyyatın başa çatdığını hələ elan etməyə hazır deyil.

Beləliklə, İranın danışıqlara cəhdləri o deməkdir ki, reallıqla razılaşmadan başqa yol qalmayıb…

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!