Ötən günlərdə OPEX sözçüsü və neft-enerji bazarı analitiki dünyanın 700 neft emalı zavodunun Fars körfəzində hasil edilən neftdən asılılığına toxunaraq qeyd edib. Bunu son bir həftədə Çindən tutmuş Avropa ölkələrinədək, neft məhsullarının bahalaşması da təsdiqləyir. Sitat: “Dünyanın Hörmüz boğazından asılılığı yalnız xam neftlə məhdudlaşmır; eyni zamanda qaz kondensatı, mayeləşdirilmiş təbii qaz (LNG), saflaşdırılmış neft məhsulları və bölgənin mineral habelə neft-kimya ixracatının bir hissəsi də bu marşrut vasitəsilə daşınır”.
Tezadlar.az bu barədə dünya mediaslnda yayımlanmış rəsmi məlumat və faktları təqdim edir:
“Al-Jazeera” telekanalının “X” hesabı:
Almaniya kansleri Fridrix Merts Norveçə səfəri zamanı bildirib: “Almaniya bu müharibənin [İran] bir tərəfi deyil və biz bunun bir hissəsi olmaq istəmirik”.
Çin Xarici İşlər Nazirliyinin sözçüsünün “X” hesabı:
“Çin, Şəcərəyi-təyyibə hava hücumu nəticəsində həlak olan 160-dan çox iranlı məktəbli qızın yasını tutur; mülki şəxslərə və qeyri-hərbi hədəflərə qarşı törədilən hər cür hücumu qətiyyətlə pisləyir. Məktəblərə və uşaqlara qarşı hücumlar beynəlxalq humanitar hüququn və insanlıq vicdanının kobud şəkildə pozulmasıdır və qəbulolunmazdır. Çin Qızıl Xaç Cəmiyyəti, xüsusilə övlad dağı görmüş valideynlərə dəstək məqsədilə 200.000 ABŞ dolları məbləğində humanitar yardım təqdim edəcəkdir”.
İran Radio və Televiziyasının Xəbər Agentliyi (İrib):
Hindistan, Hörmüz boğazından iki gəminin keçməsi müqabilində İranın saxlanılan üç neft tankerini sərbəst buraxıb.
Türkiyənin “Anadolu” Agentliyi:
İranın “Xatəmül-Ənbiya” qərargahının sözçüsü bildirib ki, bu ölkənin silahlı qüvvələri Birləşmiş Ərəb Əmirliklərindəki ABŞ raketlərinin atəş nöqtələrini hədəf alacaq.
Müharibə isə hələki davam edir- dağıntı və itkiləri ilə…
SƏBUHİ