16 Mart 2026 / 08:43

Tıxac hazırda Bakının 18 prospekt və əsas küçələrinə meydan oxuyur- SİYAHI

Bu səhər də eyni mənzərə təkrarlanır, amma paytaxt yollarını parklamalara və velosipedləşdirmə ilə daraldan AYNA isə susur. Tezadlar.az yenə də yazır ki, Bakının bir sıra yollarında tıxacdır. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Bu da hazırkı vəziyyət:

1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

3. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

4. Babək prospekti, mərkəz istiqamətində;

5. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

6. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində;

7. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;

8. Mikayıl Müşfiq küçəsi, “Badamdar” dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində;

9. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

10. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

11. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

12. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

13. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

14. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

15. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

16. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

17. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

18. Aeroport şosesi, “Koroğlu” metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.

Hələki səbr etmək işə yarayır, AYNA sussa da… Bu 18 prospekt və yollar isə bütün Bakı deməkdir… Hamı hər səjər yola növbə ilə çıxır, yol polisi səhər tezdən axşamadək AYNA- nın məlum siyasətinin əziyyətini çəkir…

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!