Yaxın Şərqdə davam edən müharibəni alqışlayanların diqqətinə.
Yalnız Buşer AES üçün 230 ton atom yanacağı tədarük edilib və həmin tikilməkdə olan zavodun anbarıdadır.
Bunu Sosial Tədqiqatlar Mərkəzinin (STM) icraçı direktoru, əmək hüquqları üzrə ekspert Sahib Məmmədov özünün sosial media hesabında bildirib.
“Beynəlxalq Atom Enerjisi Agentliyinin rəsmi məlumatlarına əsaslansaq (təbii ki, onlarda olan məlumatlar çox az hissəni əhatə edir) İranda xeyli atom silahı üçün zəruri olan həddə yaxın saflaşdırlmış uran var. Bunlardan əlavə atılan raketlər, dağıdıcı bombaların ətraf mühitə atdığı külli miqdarda zəhərli maddələr var. Bu da bir yana, mədənlər yanaraq atmosferə yüz minlələ ton zərərli qazlar atır. Bunlar bütün region üçün, o cümlədən bizim üçün ciddi mənfi nəticələrə gətirəcək. İran rejimi onsuz da regionu ideoloji zəhərlə zənginləşdimişdi. İndi isə radiasiya və digər zəhərlərlə zənginləşir regionumuz. Sevinməli heç nə yoxdur. Qiymətlər də qalxmaqdadır…”, -deyə o, qeyd edib.
JASMİN