16 Mart 2026 / 16:47

Beynəlxalq axtarışda olan bu şəxs Polşada ələ keçdi

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşının yeri Polşada müəyyən olunub. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, dələduzluq maddəsi ilə başlanmış cinayət işi üzrə Sabunçu rayon Polis İdarəsi tərəfindən axtarışda olan Rüfət Abbasov İnterpol kanalları vasitəsilə saxlanılıb. DİN-in İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən təqsirləndirilən şəxsin aidiyyəti qurumlarla birgə ölkəmizə gətirilməsi üçün tədbirlər görülür.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!