6 İyul 2022 / 09:07

BU QADIN GÜRCÜSTANDAN GEDİB YUNANISTANDA OĞURLUĞU BELƏ EDİRDİ- FOTO

Oğrular da bilir ki, soyğunçuluğun sonu həbsdir…

Amma o, belə düşünmürdü. Belə ki, Yunanıstanda 48 yaşlı gürcüstanlı qadın 13 soyğunçuluq və oğurluq hadisələrində ittiham olunaraq saxlanılıb. Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, bu barədə Yunanistan polisi məlumat yayıb. İstintaqla müəyyən edilib ki, saxlanılan şəxs yalan məlumat verməklə qocalarla ailə işlərində köməkçi işlətməyə nail olub, sonra onların yemək-içməsinə yuxu dərmanı və narkotik vasitələr atıb, evlərindən pul və qızıl-zinət əşyaları aparıb. Saxlanılan şəxsin üzərinə baxış zamanı hüquq-mühafizə orqanlarından qızıl-zinət əşyaları, naməlum maddə, dərmanlar, bir qədər pul və bıçaq götürülüb.

İndi bu qadının həbsdə niyə belə etdiyini düşünməyə illərlə vaxtı olacaq. Amma artıq gecdir.

A.Məmmədli

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!