16 Mart 2026 / 23:38

Azərbaycanda yeni doğulan körpəyə Ronaldo adı qoyuldu

2025-ci ildə Azərbaycanda doğulan bir körpəyə portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldunun adı verilib.

Tezadlar.az xəbər verir ki, bunu təsdiq edən məlumata Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin saytında rast gəlmək mümkündür.

Nazirliyin veb-saytının axtarış hissəsində məşhur futbolçunun adını yazarkən 2025-ci ildə bir vətəndaşımızın “Ronaldo” adlandırıldığı öz təsdiqini tapır.

Məlumat üçün əlavə edək ki, 41 yaşlı portuqaliyalı hücumçusu Kriştianu Ronaldu hazırda Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunda çıxış edir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!