Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
17 Mart 2026 / 11:50

Bayram ritualını yerinə yetirəndə yanğınların başvermə riskini də unutmamalıyıq – FHN (VİDEO)

Novruz bayramı ərəfəsində, xüsusən çərşənbə axşamlarında tonqalların qalanması əsrlərdir xalqımızın tarixi köklərə əsaslanan adət-ənənələrindəndir. Amma bu bayram ritualını yerinə yetirən zaman yanğınların başvermə riskinin olduğunu da unutmamalıyıq. Xüsusilə binaların həyətlərində, avtomobillərin yaxınlığında, eləcə də meşə və yaşıllıq ərazilərdə tonqalların qalanması ciddi təhlükə yarada bilər.

Tezadlar.az   xəbər verir ki,  Fövqəladə Hallar Nazirliyi Novruz tonqalları ilə bağlı əhaliyə müraciət edib.

Tonqal qalanması zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmaması arzuolunmaz və acı nəticələrə yol aça bilər. Vətəndaşların diqqətinə çatdırırıq ki, bayram tonqalı tikili, avtomobil, elektrik naqili, ağac və digər yanar əşyalardan ən azı 50 metr kənarda yandırılmalı, tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı, tonqal üzərindən atılarkən ehtiyatlı olmalı, tonqal tam sönənədək nəzarətdə saxlanılmalı, süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır.

Təəssüf ki, hər il Novruz şənlikləri zamanı ehtiyatsızlıq səbəbindən yanğın, xəsarətalma və əmlaka ziyan dəyməsi halları qeydə alınır. Unutmayaq ki, bir anlıq səhlənkarlıq ağır nəticələrə səbəb ola bilər.

Bayram sevincimizi faciəyə çevirməmək üçün hər kəsi yanğın təhlükəsizliyi qaydalarına və ətraf mühiti qorumağı vətəndaşlıq borcumuz bilib sadalanan nüanslara ciddi əməl etməyə çağırırıq. Gəlin, Novruzu birlikdə təhlükəsiz və məsuliyyətli şəkildə qeyd edək.

https://www.youtube.com/watch?v=eGSVGP6OWj4

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!