18 Mart 2026 / 09:20

Laricaninin ölümü təsdiqləndi- İRANDA NƏ BAŞ VERİR?

İsrail müdafiə naziri İsrael Kats İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin ötən gecə İsrailin hücumlarında öldürüldüyünü təsdiqləyib. Tezadlar.az xəbər verir ki, bu barədə məlumatı İsrailin N12 telekanalı yayıb. Eyni zamanda, İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir bildirib ki, zərbələr zamanı əhəmiyyətli irəliləyişlər əldə edilib, lakin Əli Laricaninin hədəf olduğunu təsdiqləməyib. İsrail tərəfi Tehran, Təbriz və Şiraz şəhərlərinə genişmiqyaslı zərbələr endirildiyini elan edib, lakin Laricani haqqında rəsmi məlumat verilməyib.

Eyni zamanda, ISNA-nın xəbərinə görə, Əli Laricaninin ofisi İsrailin İrana son zərbələri zamanı onun digər yüksəkvəzifəli şəxslər ilə birlikdə öldürülməsi ilə bağlı xəbərlər fonunda məlumat yayıb. “Bir neçə dəqiqədən sonra Laricaninin adından məlumat dərc olunacaq”, – deyə ofis qeyd edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!