18 Mart 2026 / 13:35

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində də 10 gün iş olmayacaq

Ramazan və Novruz bayramları ilə əlaqədar martın 20-29-da “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.

Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, martın 30-dan etibarən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!