Əsas məzmuna keç

Riçard Almeydanın yeni klubu bəlli oldu

Azərbaycan millisinin və “Qarabağ”ın sabiq futbolçusu Riçard Almeyda Braziliyada klubunu dəyişib.

Tezadlar.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi D seriyasında yarışan “Alvinegro”ya transfer olunub. Bu haqda klubun yaydığı açıqlamada bildirilib.

“Qarabağ”dan ayrıldıqdan sonra “Primavera” klubunda çıxış edən və 2026-cı il Paulista A1 çempionatında oynayan Riçard artıq yeni komandası ilə məşqlərə başlayıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…