18 Mart 2026 / 15:24

Avropada nəhənglərin döyüşü: “Qalatasaray” “Liverpul” qarşılaşması

Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulur.

Tezadlar.az xəbər verir ki, bu gün mərhələnin daha 4 oyunu keçiriləcək və bununla da bwtwn 1/4 finalçılar müəyyənləşəcək.

Türkiyə təmsilçisi “Qalatasaray” İstanbulda qalib gəldiyi (1:0) “Liverpul”la bu dəfə səfərdə üz-üzə gələcək. “Barselona” “Nyuykasl”ı, “Bavariya” “Atalanta”nı, “Tottenhem” isə “Atletiko”nu qəbul edəcək.

Xatırladaq ki, artıq “Real”, “Sportinq”, PSJ və “Arsenal” 1/4 finala adlayıb.

18 mart

UEFA Çempionlar Liqası, 1/8 final, cavab oyunları

21:45. “Barselona” (İspaniya) – “Nyukasl” (İngiltərə)

İlk oyun – 1:1

00:00. “Liverpul” (İngiltərə) – “Qalatasaray” (Türkiyə)

İlk oyun – 0:1

00:00. “Bavariya” (Almaniya) – “Atalanta” (İtaliya)

İlk oyun – 6:1

00:00. “Tottenhem” (İngiltərə) – “Atletiko” (İspaniya)

İlk oyun – 2:5

17 mart

“Sportinq” (Portuqaliya) – “Budo-Qlimt” (Norveç) – 5:0

İlk oyun – 0:3

“Arsenal” (İngiltərə) – “Bayer” (Almaniya) – 2:0

İlk oyun – 1:1

“Çelsi” (İngiltərə) – PSJ (Fransa) – 0:3

İlk oyun – 2:5

“Mançester Siti” (İngiltərə) – “Real” (İspaniya) – 1:2

İlk oyun – 0:3

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!