19 Mart 2026 / 01:13

Xocavənddə maraqlı an: azyaşlı sakin Prezidentin avtomobilinə minib

Tezadlar.az xəbər verir ki, İlham Əliyev və xanımı Mehriban Əliyeva Xocavənd rayonuna səfər ediblər. Səfər zamanı diqqətçəkən və səmimi an yaşanıb.

Belə ki, rayonun azyaşlı sakinlərindən biri Prezidentə yaxınlaşaraq onun avtomobilinə minmək istəyib. Uşaq heç bir çəkinmə olmadan avtomobilə daxil olub və bu anlar ətrafdakıların marağına səbəb olub.

Hadisə sosial şəbəkələrdə də geniş müzakirə olunub və istifadəçilər tərəfindən müsbət qarşılanıb. Kadrlarda uşağın səmimi davranışı və yaranan xoş atmosfer diqqət çəkir.

Qeyd edək ki, Prezidentin bölgələrə səfərləri zamanı yerli sakinlərlə ünsiyyət tez-tez baş verir və bu kimi anlar ictimaiyyət tərəfindən maraqla izlənilir.

Səbinə Bağırova

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!