Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Uzun zamandır ki, “enerli işkiləri” haqqında ağlagəlməz fikirlər, şaiyələr, faktlar… səsləndirilir, yazılır. Xüsusən də uşaqlar üçün bu işkinin mədə-bağırsaq sistemini hansı hallarda sıradan çıxara bilməsi də həkim məsləhətlərində deyilib. Lakin buna necə əməl edilir, bilinmir. Əksinə, bu içkilərin reklamları baş alıb gedir… AQTA-nın apardığı təhlilər də maraq doğurur. Məsələn, qurumun məlumatlarında da deyilir ki, Azərbaycanda aparılan yoxlamalar zamanı Türkiyədən gətirilən “DBL Drink Diblong” energetik içkisində istehlaka yolverilməzliyi müəyyənləşdirilib. O da bəlli olur ki, bu içkidə tibbdə istifadə edilən “sildenafil” maddəsi müəyyən edilib.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu barədə özünün sosial media hesabında yazır: “Energetik içkilərə Azərbaycanda və dünyada daim tələbat getdikcə artır. Çox yaxşı haldır ki, bu içkilərin sürətlə irəliləməsindən narahat olaraq 3 il bundan öncə Azərbaycanda istehsal və idxal olunan energetik içkilərin tərkibində olan öyrəşdirici maddələrin maksimal həddini müəyyənləşdirdi. Həmin maksimal hədd mümkün qədər az zərərsizləşdirilmiş haldır. Gərək, belə hallar Azərbaycanda olmasın. İstehlakçılar diqqətli olmalı, qarşılaşdıqları xoşagəlməz hallarla bağlı Qida Təhlükəsizliyi Agentliyinə məlumat versinlər”.
Ən pisi odur ki, bu içkilər insanlarda əksər hallarda vərdiş yaradır. Bu, təxminən siqaretə və ya digər zərərli hallara olan vərdişlərin oxşarıdır…
A.Məmmədli