Əsas məzmuna keç

Yamal Çempionlar Liqasında tarix yazdı

İspaniya çempionu “Barselona”nın ispaniyalı qanad oyunçusu Lamin Yamal Çempionlar Liqasının 1/8 finalının ikinci oyununda “Nyukasl”a qarşı qol vuraraq turnir rekordunu qırıb.

Tezadlar.az-ın məlumatına görə, Yamal Çempionlar Liqasında 10 qol vuran ən gənc oyunçu olub. O, bu mərhələyə 18 yaş 248 günlüyündə çatıb.

Lamin Yamal Kilian Mbappenin 18 yaş 350 günlüyündə qazandığı rekordunu qırıb.

Bundan əlavə, ispaniyalı oyunçu 31 oyunda 10 məhsuldar ötürmə edərək Çempionlar Liqası tarixində ardıcıl iki pley-off oyununda qol vuran ən gənc oyunçu olub.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…