Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
20 Mart 2026 / 05:44

Azərbaycanda 11 günlük tətil başladı- XOŞ İSTİRAHƏT ÜÇÜN BUNLARI EDİN!

Bu gündən Azərbaycanda 11 günlük istirahətə start verildi. Tezadlar.az xəbər verir ki, bu il Novruz və Ramazan bayramları ilə əlaqədar mart ayında ölkədə ardıcıl 11 qeyri-iş günü olacaq. Nazirlər Kabinetinin qərarına əsasən, 2026-cı ildə martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. 21 və 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf edir. Əmək Məcəlləsinin tələblərinə əsasən, 25 və 26 mart qeyri-iş günləri olacaq. Martın 20, 21-i isə Ramazan bayramıdır. Əmək Məcəlləsinə əsasən, Ramazan bayramı iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə növbəti iş günü istirahət günü hesab edilir. Beləliklə, Əmək Məcəlləsinin tələbinə əsasən növbəti iş günləri 27 və 30 mart tarixləri də qeyri-iş günü olacaq. Beləliklə, Novruz və Ramazan bayramları ilə əlaqədar 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29 və 30 mart qeyri-iş günüdür.

XXX

Bəli, 11 gün evdə oturmağa da dəyməz! Beləliklə, istirahətini evdə yola verənlər az yeməli, İmkanı olub bölgələrə səfər edənlər isə yollarda hər hansı qəzalardan, xoş olmayan hadisələrdən uzaq durmaq üçün diqqətli olmalıdır! Ən vacibi, bölgələrdəki istirahət məkanlarını seçərkən cibinizin ağzını bərk tutub “ayağınızı yorğanınıza görə uzadın!” ki, maaş və ya təqaüd alana kimi borca düşməyəsiniz!

Bayramınız və istirahət günləriniz mübarək!

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!