Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
21 Mart 2026 / 08:54

Türkiyəli bəylər niyə Azərbaycanlı xanımlarla evlənməyə meyillidir?-SUAL BUDUR

Türkiyəli müğənnilərdən Doğuşun Azərbaycanlı aparıcı Xoşqədəm Hidayətqızı ilə evliliyini bilirik… Tezadlar.az xatırladır ki, ümumiyyətlə, Azərbaycanlı xanımlarla ailə quran tanınmış türkiyəli məşhurlar arasında iş adamları, sənətçilər və media nümayəndələri çoxluq təşkil edir. Müğənni İradə İbrahimova türkiyəli iş adamı Ceyhun İzerlə evlidir… Amma ayrıldığı barədə məlumat var…

Müğənni Yeganə Mürsəlova Fateh adlı Türkiyə vətəndaşı ilə evlidir.
Aktrisa Cəmilə Tağızadə də türkiyəli bəylə evlənib. O, Murad Temizlə ailəlidir.
Azərbaycanlı model Günay Musayeva türkiyəli aktyor Tolqa Karellə ailə həyatı qurub. Cütlük 2011-ci ildə ailə həyatı qursa da, sonradan ayrılıblar…  “Kristal” qrupunun keçmiş üzvlərindən olan müğənni Lalə Qafarova 2011-ci ildə türkiyəli Nurkan Mustafaoğlu ilə evlənib. Onun həyat yoldaşı da özü kimi sənətçidir.
Aparıcı və DJ Nurlana Cəfərova Mehmet adlı türk vətəndaşı ilə evlənib. Lakin cütlüyün ailə həyatının ömtü cəmi 3 ay olub.
Müğənni Aygün İsmayılova isə 2013-cü ildə türkiyəli Haluk bəylə evlənib. 2014-cü ildə onların ilk övladı dünyaya gəlib.
Azərbaycanlı model Pərvin Həsənzadə də türk vətəndaşı ilə ailəlidir. O, memar Cihad Önərlə evlənib. Amma onun da sonradan ayrıldığı deyilir.
Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə isə türkiyəli həmkarı Gökhan Alkanla bir neçə ildir eşq yaşayır, amma…

 İndi də Türkiyəli müğənni Rafet El Roman üçüncü dəfə evlənir və özü də bu dəfəki xanımın Azərbaycanlı olduğu deyilir. Elə o özü evlənəcəyi xanımın azərbaycanlı olduğunu deyib. Rafet isə evlənçəyin sayını itirib- boşanır, evlənir… Bu dəfə isə o, artıq 3 aydır nişanlı olduqlarını vurğulayıb. Rafet daha əvvəl 2 dəfə evli olub və 3 övladı var.

Maraqlıdır, niyə Türkiyədən olan az- çox tanınmışlar elə çoxmilyonlu Türkiyədən deyil, Azərbaycandan xanım ovuna çıxırlar? Bu iki ölkə xanımlarının xarakter və davranışında hansı kəskin fərqlər var ki, türkiyəli kişilər bu fərqi daha üstün tuturlar?

Daha bir sual: bəs Azərbaycanlı bəylərdən kimlər türkiyəli xanımlarla evlənib? Belə bir ciddi nümunəyə hələki rast gəlmirik… Bilən varsa, yazsın…

Səbuhi

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!