Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İran ətrafında baş verənlər fonunda “Ukrayna və ABŞ nümayəndə heyətləri bazar günü Floridada Rusiya ilə dörd illik müharibəyə son qoymağın yollarını tapmaq üçün danışıqların ikinci gününü başa vurdular”,- deyən Ukrayna prezident Volodimir Zelenski xalqa müraciətində əlavə olaraq bunları deyib: “Aydındır ki, hazırda ABŞ tərəfinin diqqəti əsasən İran və daha geniş region ətrafındakı vəziyyətə yönəlib, lakin Rusiyanın Ukraynaya qarşı müharibəsinə də son qoyulmalıdır. Daha çox əsirlərin mübadiləsinin baş verə biləcəyinə dair əlamətlər var ki, bu, həqiqətən də çox yaxşı xəbər və diplomatiyanın işlədiyinin təsdiqi olardı. Ümid edirik ki, bu, nəticə verəcək”.
Zelenski danışıqların davam edib-etməyəcəyini, nə vaxt və harada, hansı formatda baş tuta biləcəyi haqda əlavə məlumat verməyib. Avropa dövlətləri də bu cür sonluqdan narahatdır. Belə ki, Ukraynanın təhlükəsizliyk Avropanın qarantı kikidir!
A.Məmmdəli