Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İranda hərbi əməliyyat başlamazdan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampı İran hökumətinin süqutunun real olduğuna inandırıb.
Tezadlar.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti məlumat yayıb.
“Müharibəyə qədər Netanyahu Mossadın İran üsyanı ehtimalı ilə bağlı nikbinliyindən istifadə etdi”, – deyə nəşr bildirib.
Jurnalistlər həmçinin öyrəniblər ki, ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlamazdan əvvəl Mossad Netanyahuya İslam Respublikasında kütləvi üsyan qaldırmağı təklif edib. Bunun İranda rejim dəyişikliyinə səbəb olacağı gözlənilirdi.
NYT qeyd edib ki, bir çox yüksək vəzifəli ABŞ rəsmiləri və İsrail Müdafiə Qüvvələrinin analitikləri Mossad planına şübhə ilə yanaşırdılar. Amerika hərbi rəsmiləri Ağ Evi inandırmağa çalışıblar ki, ABŞ və İsrail onların ölkələrinə zərbələr endirərkən iranlılar etiraz etməyəcəklər. Kəşfiyyat rəsmiləri İranda vətəndaş müharibəsi və rejim dəyişikliyi ehtimalını aşağı qiymətləndiriblər.
Bundan əvvəl Amerika lideri ABŞ-ın İranla müharibədə artıq qalib gəldiyini bəyan etmişdi. Lakin o, iranlıların “qalibə” təslim olmaq əvəzinə “istədiklərini etməyə” davam etmələrindən şikayətlənib.
E.ŞİRİNOV