26 Mart 2026 / 09:25

İran ABŞ- ın quru əməliyyatlarına hazırdırmı?

Artıq İran ABŞ-ın mümkün quru əməliyyatına qarşı Xarq adasında müdafiə tədbirlərini gücləndirməkdədir. Tezadlar.az Haber- Türk- ə istinadla bildirir ki, İran adaya əlavə hərbi qüvvə və hava hücumundan müdafiə sistemləri yerləşdirib, həmçinin ərazidə minalar və tələlər qurub. Qeyd olunur ki, ABŞ administrasiyası bu adanı nəzarətə götürməyi İranı Hörmüz boğazını açmağa məcbur etmək üçün təzyiq aləti kimi nəzərdən keçirir. Lakin ABŞ rəsmiləri və hərbi ekspertlər belə əməliyyatın yüksək riskli olduğunu, ciddi itkilərlə nəticələnə biləcəyini vurğulayır. Mənbələrin sözlərinə görə, İran xüsusilə daşınan zenit-raket sistemləri yerləşdirərək hava hücumlarına qarşı müdafiəni gücləndirib. Ekspertlər hesab edir ki, mümkün əməliyyat ABŞ qüvvələri üçün ciddi təhlükə yarada və İranın sərt cavabı ilə nəticələnə bilər.

Lakin digər tərəfdən, İran ABŞ ilə danışıqlarda iştirak edir və müharibənin dayandırılması üçün bütün mümkün şərtlərə razı olmağa da hazırlaşır.

Səbuhi

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!