Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Problemləri olan övladları Dilan Çitak və Əhməd Tatlısəsə mirasından pay verməyəcəyini açıqlayan İbrahim Tatlısəs sosial mediada gizli paylaşımı ilə diqqət çəkib. “İmperator”un bu mesajı kimə aid etdiyi naməlumdur.
Məşhur müğənni İbrahim Tatlısəs uzun müddətdir müzakirə mövzusu olan ailə həyatı ilə yenidən diqqət çəkib. Veteran sənətçi artıq xeyli vaxtdır görüşmədiyi oğlu Əhməd Tatlısəs və qızı Dilan Çitak haqqında sərt açıqlamaları ilə maqazin gündəmlərinə gəlib.
Məşhur ifaçısı “Gəl danışaq” verilişində də iki övladına heç nə verməyəcəyini bildirmişdi. 74 yaşlı Tatlısəs Dilana və ya Əhmədə bir qəpik belə, miras qoymayacağını dilə gətirmişdi. O demişdi ki, övladları “buna layiq deyillər”.
Sənətdə olduğu kimi, sosial mediada da aktiv olan müğənni bu dəfə sirli paylaşımı ilə gündəmə gəlib. Belə ki, Tatlısəs İnstaqram səhifəində paylaşdığı mesajda “Hər ilan yerdə sürünmür… Bəziləri oturub səninlə çay və qəhvə içir” yazıb.
Məşhur müğənninin bu mesajı kimə ünvanladığı maraqlıdır.
Hazırlayıb təqdim edəni: Zeynəb Əliqızı