Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
27 Mart 2026 / 16:25

Medianın İnkişafı Agentliyinin rəhbəri beynəlxalq tədbirdə çıxış edib

Bu gün Medianın İnkişafı Agentliyinin sədri Əhməd İsmayılov İstanbulda keçirilən “STRATCOM” sammitində “Rəqəmsal kommunikasiya ekosistemində qlobal ictimai rəyin transformasiyası” mövzusunda paneldə çıxış edib. Tezadlar.az xatırladır ki, Əhməd İsmayılov rəqəmsal mühitdə dezinformasiya və etimad böhranı kimi çağırışların artdığını və bu sahədə strateji kommunikasiyanın mühüm rol oynadığını vurğulayıb. Sitat: “Müasir dövrdə ictimai rəy qlobal xarakter alıb, süni intellekt və sosial media platformaları əsas aktorlara çevrilib. Rəqəmsal mühitin mərkəzsiz xarakteri istifadəçiləri həm istehlakçı, həm də istehsalçıya çevirir ki, bu da dezinformasiya risklərini artırır, etimad böhranını dərinləşdirir və informasiya suverenliyi məsələsini aktuallaşdırır”.

Ə.İsmayılov çıxışında media savadlılığının artırılması, milli kontent və rəqəmsal platformaların inkişafı, jurnalist peşəkarlığının yüksəldilməsi, dövlət–media–vətəndaş cəmiyyəti əməkdaşlığının gücləndirilməsi və rəqəmsal transformasiyanın genişləndirilməsinin əsas istiqamətlər olduğunu vurğulayıb. Həmçinin, Azərbaycanın iştirak etdiyi beynəlxalq media platformaları, o cümlədən Şuşa Qlobal Media Forumu və Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın bu sahədə mühüm töhfə verdiyini qeyd edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!