Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
28 Mart 2026 / 16:36

TANINMIŞ VƏKİL DEPUTAT SƏYYAD ARANI BİABIR ETDİ- TƏCİLİ

Elektron mediada deputat Səyyad Aranın “Mən neyləyim ki, sən 300 manat alırsan?” kimi xalqa xitabən kinayəli sözləri yayımlanıb. Bir sıra tanınmış şəxslər deputatın bu məntiqsiz və kinayəli sözlərinə sərt cavab verib. Tanınmış vəkil İkram Abdullayev özünün fb platformasında yazır:

“Mən vəkil olaraq, hüquq müdafiəçisi olaraq çalışıram ki, siyasətə qarışmayım. Mənim üçün ən vacibi odur ki, ölkəmizdə qanunlarımıza hörmət mədəniyyəti, qanunların icrası mədəniyyəti bərqərar olsun. Qanunçuluq dövlətçiliyin ən vacib atributudur. Deputat Səyyad Aranın ciddi,vsərt, kəskin, nifrətlə müzakirə edilən “mən neynəyim ki, sən 300 manat əmək haqqı alırsan” kimi sözünə cavab verməyi özümə borc bilirəm.
Sevgili Xalqım, biləsiniz ki, Milli Məclis, heç bir səlahiyyəti olmayan, əhəmiyyətsiz, yalanpıçı bir qurumdur. Orada yalandan Xalqın adından təmsil olunan 125 deputatın böyük əksəriyyəti, o cümlədən Səyyad Aran yalandan külli miqdarda pul alırlar. Onların aldığı əməkhaqqılar qanunsuzdur, büdcəni talamaqdır. Əgər qanacaqları çatsa, hamısını qaytarmalıdırlar büdcəyə. NİYƏ?! Konstitusiyamızın 81-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir. Yəni, Azərbaycan Respublikasında qanunları Milli Məclis qəbul edir. Milli Məclis kimdir? Milli Məclis- Ramız Mehdyevin təyin etdiyi Səyyad Aran və digərləri. Konstitusiyamız 1995-ci ildə ULU ÖNDƏRİMİZİN Prezidentliyi dövründə qəbul olunub. İndi sizcə, HEYDƏR ƏLİYEV kimi dahi şəxsiyyət arxayın ola bilərdimi ki, Ramiz Mehdiyevin təyin etdiyi səyyad aranların qabiliyyəti çatacaq dövləti və cəmiyyəti idarə edən qanunlar qəbul etməyə? Əlbətdə yox! Ona görə də ULU ÖNDƏRİMİZ Konstitusiyamızda özünün 109-cu maddədəki səlahiyyətlərinin 19 -cu bəndində göstərib ki, səyyad arangilin qəbul etdiyi qanunların imzalanması və dərci Prezidentin səlahiyyətinə aiddir. Ulu Öndər bununla da kifayətlənməyib. Konstitusiyaya  109-cu maddədən sonra daha bir 110-cu maddə də əlavə edilib. Həmin maddədə göstərilir ki, Milli Məclis qanunu “qəbul etdikdən” sonra imzalamaq üçün göndərir Prezidentə. Prezident 56 gün müddətində Qanunu imzalamalıdır. Əgər sıəyyad arangillərin “qəbul etdiyi” qanun Prezidenti qane etmirsə, Prezident qanunu öz etirazı ilə birlikdə qaytarır Səyyad Aranla birlikdə 124 deputatın özünə. Deməli, Konstitusiyamızın 81-ci maddəsi asılıdır Cənab Prezidentdən. Prezident Qanunu imzalamasa, Səyyad Aran və 124 deputat qanun qəbul edə bilməz. Onda bunlar nəyə görə külli miqdarda əmək haqqı almalıdır?

Səyyad Aran, cavab ver mənim millətimin 300 manat aylıq alanına!!! Aldığın əməkhaqqı halaldırmı?! Bir halda ki, sənin qanun qəbul etmək səlahiyyətin yoxdur və sən Konstitusiyamızın 81-ci maddəsindəki əmək funksiyanı yerinə yetirə bilmirsən, həmçinin qanun qəbul edə bilmirsənsə, onda niyə 7-8 min manat əməkhaqqı alırsan?! Cavab ver ələ saldığın Xalqa!!!”.

“Təzadlar” deputat Səyyad Aranın sosial media hesabına bu və ya digər suallarla bağlı sorğu göndərib, hələki cavab yoxdur.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!