Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Polis əməkdaşının əməyinin ödənilməsi qaydalarında dəyişiklik edilib.
Tezadlar.az xəbər verir ki, bu, “Polis haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanunda öz əksini tapıb.
Yeni qanuna əsasən, yuxarıdakı abzasda polis əməkdaşları üçün nəzərdə tutulan təminatlar (vəzifə və xüsusi rütbə maaşları, habelə istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü, gecə vaxtı və iş vaxtından artıq vaxtda görülən işə görə normativ hüquqi aktlara uyğun olaraq müəyyənləşdirilən əlavə haqlar istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının rəhbəri və onun müavinlərinə, habelə Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanın rəhbəri, müavini və əməkdaşlarına şamil edilmir.