Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

…ABŞ prezidenti Donald Trampdan daha bir sensasion addım gəldi: prezident İranla bağlı davam edən proseslərə münasibət bildirib və gözlənilmədən belə deyib: “Onlar danışıqlar aparırdılar, bunu iki gün sonra etiraf etdilər və əvvəlki yanlış bəyanatlarını düzəltmək üçün neftlə yüklənmiş səkkiz gəmi göndərəcəklərini bildirdilər”.
Tezadlar.az xatırladır ki, ABŞ prezidenti çıxışı zamanı Hörmüz boğazını “Tramp boğazı” adlandırıb: “Onlar bunu açmalıdırlar, ‘Tramp boğazını’ açmalıdırlar. Yəni, Hörmüz boğazını nəzərdə tuturam. Saxta xəbərlər deyəcək: ‘təsadüfən dedi’. Xeyr, mənimlə təsadüfi heç nə baş vermir”, – deyə ABŞ prezidenti bildirib.
Tramp həmçinin bildirib ki, İranla bağlı baş verənlərə “müharibə” deyil, “hərbi münaqişə” deməsinin hüquqi əsasları var. Onun sözlərinə görə, ABŞ-ın İranda hədəf kimi müəyyən etdiyi daha 3 554 obyekt mövcuddur və bu addımların qısa müddətdə həyata keçirilməsi planlaşdırılır.