Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Gürcüstan həbsxanalarında saxlanılan Azərbaycan vətəndaşlarının sayı 161 nəfərdir. Tezadlar.az Gürcüstan DİN- ə istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin fevral ayı üzrə hesabatında məlumat verilib. Məlumata görə, saxlanılan Azərbaycan vətəndaşlarının 53-ü təqsirləndirilən şəxslərdir. Onlardan 49-u kişi, 4-ü isə qadındır. Digər 108 nəfər isə məhkumdur ki, onların da 94-ü kişi, 14-ü qadındır.
Bununla yanaşı, Gürcüstanda 77 nəfər Azərbaycan vətəndaşı probasiya nəzarəti altındadır.
Qeyd edək ki, ümumilikdə ölkədə 63 müxtəlif ölkənin 1 659 vətəndaşı həbs cəzası çəkir. Bu siyahıda Türkiyə (539 nəfər) və Rusiya (189 nəfər) vətəndaşları ilk sıralarda yer alır. Eyni zamanda, probasiya nəzarətində 47 ölkədən olan 670 nəfər saxlanılır.