Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Son iki gün ərzində Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar su basmış ərazilərdə müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işləri ötən gecə və gün ərzində fasiləsiz olaraq davam etdirilib. Tezadlar.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında bildirilib. Görülmüş tədbirlər nəticəsində 108-i azyaşlı olmaqla ümumilikdə 547 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.
Xilasetmə tədbirləri davam edir. Eləcə də vətəndaşlara dəymiş maddi ziyanın hesablanması da davam edir. Kömək hansı şərtlərlə ediləcək, hələlik rəsmi açıqlama yoxdur.
Səbuhi