Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
31 Mart 2026 / 08:02

Evlərini su basmış vətəndaşlara şad xəbər var- TƏCİLİ

Binəqədidə, Sabunçuda və Xırdalanda çoxsaylı evlərə dolan yağış suyu həm əşyaları yararsız hala salıb, həm də insanlar üçün həyati təhlükə yaradıb. Tezadlar.az xəbər verir ki, həmin ərazilərdə yaşayan sakinlərə və sahibkarlara külli miqdarda ziyan dəyib.  Hüquqi yanaşma isə belədir: əgər vətəndaşın daşınan və ya daşınmaz əmlakı icbari və ya könüllü sığorta olunubsa, zərər sığorta şirkəti tərəfindən qarşılanmalıdır. Əgər hadisə təbii fəlakət kimi qiymətləndirilərsə, bu zaman ödəniş edilməsi dövlət fondu hesabına, yəni büdcə vəsaiti hesabına həyata keçirilməlidir.

Lakin məlumdur ki, ötən illərin təcrübəsi göstərir ki, vətəndaşlara dəyən ziyan qarşılanmayıb. Xüsusən də nəzərə alınsa ki, adı çəkilən ərazilərdə su basmış evlər “gecəqondu”dur və bələdiyyələrin əl boyda kağızı ilə tikilib, bəzilərində isə heç bu da yoxdur, onda məsələ bir az da çətinə düşür.

IMG
 

Lakin qalır su basmanın təbii fəlakət kimi qiymətləndirilməsinə. Belə olan halda, FHN nizamnaməsinə uyğun olaraq vətəndaşılara dəyən ziyanın müəyyən qisminin qarşılanmasına borcludur. “Təzadlar”ın müşahidələrinə və redaksiyaya edilən müraciətlərə görə, artıq çökəklik ərazilərdə tikilən evlərin bir çoxu bünövrədən zədələnib və divarları çat verib. Bu isə həmin şəxslərə FHN tərəfindən texniki və maddi dəstəyin ediləcəyini zəruri edir.

Redaksiyaya daxil olan bir məlumatda isə bildirilir ki, artıq Nazirlər Kabinetində vətəndaşlara dəymiş ziyanın qarşılanması üçün xüsusi komissiya yaradılması və FHN- ə əlavə vəsaitlərin verilməsi müzakirə edilir. Adının çəkilməsini istəməyən mənbə isə bildirib: “Böyük ehtimalla sonda Prezidentə təkliflər və işçi qrupun hesabatı təqdim ediləcək…”.

Hazırda isə su basmış ərazilərdəki yağış sularının kənara vurulması tədbirləri davam etdirilir.

“Təzadlar”

IMG
 

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!