11 il həbs aldı-4 il yatdı-bəraət aldı-nə müstəntiq, nə prokuror, nə də hakim cəzalanmadı, əksinə…-SENSASİON OLAY
…Polad İsmayılov törətmədiyi “qətl hadisəsi”nə görə 4 il həbsdə saxlanıldı… Sonra bəraət aldı və məhkəmə vurulmuş maddi və mənəvi ziyana görə ona 59 min manat kompensasiya təyin etdi. Amma indi məlum olur ki, bu kompensasiya azaldılıb. Tezadlar.az AzadliqRadiosu-na istinadla bildirir ki, buna əsas kimi qanunsuz həbsi nəticəsində Polad İsmayılovun ona vurulmuş maddi ziyanı fakt olaraq sübut edə bilməməsi göstərilib. Bu günlərdə isə Nəsimi Rayon Məhkəməsi qərar verib ki, P.İsmayılova yalnız mənəvi zərərə görə həbsdə olduğu hər ay üçün min manatdan hesablanmaqla, 46 min manat təzminat ödənilə bilər. Gəncə sakini olan P.İsmayılov 2020-ci ilin fevralından 2023-cü il dekabrın 28-dək törətmədiyi qətlə görə həbsdə olub. Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsiylə 11 il azadlıqdan məhrum edilən İsmayılov 3 il 10 aydan sonra bəraət alıb və həbsdən buraxılıb.
Bəs bu cinayət işini aparmış müstəntiq və İttiham aktını təsdiq etmiş prokuror, eləcə də 1-ci məhkəmə instansiyasının hökm çıxarmış hakimi cəzalandırılıbmı???
“Təzadlar” bu suala cavab tapmaq üçün Polad İsmayılovla əlaqə saxlamağa çalışır… Əlavə məlumat veriləcək.