1 Aprel 2026 / 08:24

Məzahir Pənahovun döyülən gəlni ABŞ-dan necə qaçıb canını qurtarıb?-İNANILMAZ

Daha bir ailə qalmaqalına nöqtə qoyulub: Tezadlar.az xatırladır ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun oğlu Məhəmməd Pənahovla keçmiş həyat yoldaşı H.Pənahova arasındakı məhkəmə çəkişməsi sonlanıb. başa çatıb. Belə ki, Bakı Apellyasiya Məhkəməsi M.Pənahovun keçmiş həyat yoldaşına çatmalı olan əmlakın ona qaytarılması barədə qərar çıxarsa da, M.Pənahov bu qərardan Ali Məhkəməyə şikayət vermişdi. Bakı Apellyasiya Məhkəməsinin qərarında göstərilirdi ki,iddiada qeyd olunan əşyalar, onlar olmadıqda isə əşyaların dəyəri Məhəmməd Pənahovdan alınaraq H.Pənahovaya verilməlidir. Lakin Ali Ali Məhkəmə Məzahir Pənahovun oğlunun şikayətin təmin etməyib və Bakı Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Bununla da ümumi dəyəri 300 min manat olan əmlaklar bunlardır: -17 adda qızıl-zinət əşyası, 100-ə yaxın şəxsi əl işi olan rəsm əsəri, ümumi dəyəri 60 000 manat olan iki çamadan şəxsi əşya, 40 adda cehiz əşyası, 10 000 manat pul, 40 adda şəxsi geyim əşyaları, doqquz adda ziyafət paltarları daxildir.

Cehiz əmlakın siyahısına daxil olanlar:

1) Toy komplekti: boyunbağı, üzük, qolbaq, sırğalar – 150 000 AZN;

2) Brilyant təkqaş üzük – 50 000 AZN;

3) Mərkəzdə oval böyük brilyant, kiçik dairəvi brilyantlardan əhatə olunmuş təkqaş üzük – 40 000 AZN;

4) Brilyant komplekt: boyunbağı, üzük, qolbaq, sırğalar – 11 000 AZN;

5) Brilyant komplekt: boyunbağı, nişan üzüyü, sırğalar – 7 000 AZN;

6) Brilyant komplekt: boyunbağı, üzük, qolbaq, sırğalar – 20 000 AZN;

7) Brilyant üzük – 1 500 AZN;

8) Brilyant üzük birkaratlıq zümrüd daşla, yanlarda 0.5 karatlıq 10 brilyant daşla – 1 500 AZN;

9) Ağ qızıldan brilyant qolbaq (“Roberto Coin” 23 qram) – 3 000 AZN;

10) Ağ qızıldan (qara və ağ) brilyant qolbaq (“Roberto Coin” 23 qram) – 3 000 AZN;

11) Qızıl qolbaq xırda brilyantlarla – 1 500 AZN;

12) Sadə qızıl qolbaq – 700 AZN;

13) Qızıl üzük kiçik brilyantla – 550 AZN;

14) “Rado” İsveçrə saatı – 4 400 AZN;

15) “Tissot” saatı – 3 000 AZN;

16) “Versace Hellenyium” saatı – 2 266 AZN;

17) “Swarovski” saatı – 824 AZN və sair.

Zəruri qeyd: H.Pənahova keçmiş həyat yoldaşı ilə birlikdə ABŞ-nin Kaliforniya ştatında yaşayıb. Onun məhkəmə iddiasında da bildirilir ki, o, evlilik müddətində əri tərəfindən dəfələrlə döyülüb, cəmi 17 ay birgə yaşadıqdan sonra o, yaşadıqları villadan qaçaraq xilas ola bilib. Sosial şəbəkələrdə H.Pənahovanın ABŞ-da yaşayan azərbaycanlıların köməyi sayəsində Azərbaycana çətinliklə gələ bilməsi barədə mesajlar var… Mediada da müddət əvvəl isə H.Pənahovanın həyat yoldaşı tərəfindən fiziki zorakılığa məruz qalmasına-döyülməsinə dair dəhşətli fotolar yayılmışdı…

Bu da qadına qarşı zorakılığın daha bir nümunəsi və sonu: boşanma, məhkəmə davası, 300 minlik əmlak qayıdışı və s.

Səbuhi

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!