1 Aprel 2026 / 13:17

Rauf Arifoğlu əməliyyat olunduğunu təkzib etdi-NƏ BAŞ VERİR?

Az əvvəl bəzi sosial media seqmentlərində foto paylaşılaraq Rauf  Arifoğlunun üz-çənə əməliyyatı keçirdiyi barədə paylaşımlar verilmişdi. Həmin paylaşımda çoxsaylı şərhlərdə isə təhqir və ironiya elementləri də diqqəti çəkirdi. İstər-istəməz həmin paylaşıma şübhələr yaranmaqda idi. Az əvvəl Rauf Arifoğlu özünün fb səhifəsində keçirdiyi bildirilən əməliyyat barədə açıqlama yayıb. Sitat: “Dəyərli Dostlar! “Cəbhəçi – Qumçu” ittifaqının xaricdə yaşayan ünsürləri, itləri saxta foto yayaraq, əməliyyat olunduğumu “xəbər” veriblər. Öz aralarında da çoxsaylı paylaşım edərək, bunu tirajlamaqdadırlar. Uzun müddət idi başları özlərinə qarışmışdı; görünür, yenidən ideoloji təxribatlara komanda verənlər var… Bu saxta foto və məlumata inanan, narahat olan, yazan dostlar, qohumlar tanışlar da var. Bildirirəm ki, heç bir əməliyyat keçirməmişəm, sağlamam, bu saxta və axmaq məlumatı yayan, onlara dəstək olan ünsürlər barədə də bütün platformalarda şikayət etmişəm. Bu da dünən axşam saat 21 radələrində yürüş zamanı çəkdirdiyim foto”.
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!