Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu il daha çox ailə yeni doğulan oğlan uşaqlarına Uğur, qızlara isə Məryəm adını veriblər. Ötən il də oğlan uşaqlarında bu ad üstünlük təşkil edib, lakin qız uşaqlarına daha çox Nilay adı verilmişdi. Məryəm isə sıradan ikinci idi.
2026-cı ilin ilk 3 ayında yeni doğulan körpələrə ən çox hansı adların verildiyi məlum olub.
Tezadlar.az Ədliyyə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, 2026-cı ildə yeni doğulan oğlan uşaqlarına ən çox Uğur adı qoyulub.
Belə ki, 105 ailə bu addan istifadə edib. Bundan əlavə Hüseyn 82, Raul 76, Əli 64, Miran 58, Yusif isə 52 yeni doğulan oğlan uşağına seçilən ad olub.
Dünyana yeni göz açan qız uşaqları üçün ən çox istifadə edilən ad isə Məryəm olub. 85 uşağa bu ad verilib.
2025-ci ilin eyni dövründə isə göstəricilər belə olub:
Kişi cinsli: Uğur (137), Hüseyn (87), Yusif (86), Əli (76), Raul (70), Miran (53).
Qadın cinsli: Nilay (91), Məryəm (87), Zəhra (81), Aylin (80), Melisa (78), Ayla (73).
Son 5 ilin statistikası isə aşağıdakı kimidir:
| Ad | 2022 | 2023 | 2024 | 2025 | 2026 | Son 5 il |
| Uğur | 2032 | 1800 | 1832 | 1721 | 105 | 7492 |
| Əli | 1865 | 1720 | 1389 | 1151 | 64 | 6189 |
| Hüseyn | 1752 | 1506 | 1384 | 1164 | 82 | 5889 |
| Zəhra | 1820 | 1644 | 1241 | 1066 | 66 | 5838 |
| Yusif | 1656 | 1539 | 1191 | 1100 | 52 | 5539 |
| Məryəm | 1484 | 1419 | 1244 | 1127 | 85 | 5362 |
| Zeynəb | 1476 | 1382 | 1261 | 1129 | 56 | 5309 |
| Aylin | 1504 | 1327 | 1161 | 1095 | 64 | 5151 |
| Nilay | 1230 | 1211 | 1145 | 1112 | 69 | 4767 |
| Raul | 1095 | 1059 | 1110 | 1301 | 76 | 4642 |