1 Aprel 2026 / 19:57

Paşinyandan Putinə sensasion xahiş: “….Qarabağ hərəkatına son verilsin…”

Bunu da gördük: Ermənistan Baş naziri Nikol Paşinyan bu gün Moskvada Putindən belə bir xahişdə bulunub. Tezadlar.az Ermənistanı mediasına istinadla bildirir ki, seçkiqabağı Ermənistanın savadsız əhalisini ələ almaq istəyən Koçaryan indi də Qarabağ kartını işə salmaq istəyir… Bunu nəzərə alan Paşinyan haqlı olaraq Rusiya prezidenti Vladimir Putinlə görüşündə də deyib ki, Azərbaycanla sülh İrəvanın Moskva ilə münasibətlərinə müsbət təsir göstərir. Sitat: “Bəli, tamamilə elədir ki, Rusiya ilə münasibətlərimiz çox dərindir, tarixi kökləri var, bu bizim üçün çox vacibdir. Fikrimcə, bu münasibətlər regionumuzdakı yeni reallıqlar kontekstində, nəhayət ki, Ermənistan və Azərbaycan arasında sülh bərqərar olduqda dinamik şəkildə inkişaf edir. Aydındır ki, şəxsən Siz də Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində əsas, çox vacib rol oynamısınız və oynamaqda davam edirsiniz. Qarabağa gəldikdə isə, biz bunu dəfələrlə, əsasən, işçi formatda müzakirə etmişik. Bəli, biz Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdıq, lakin bunu yalnız Rusiya Federasiyasının ali rəhbərliyi bu barədə iki dəfə publik şəkildə danışdıqdan sonra etdik. Xatırlayırsınız, biz bu barədə dəfələrlə danışmışıq. Biz KTMT ilə problemlərimizi heç vaxt gizlətməmişik, çünki 2022-ci ildə konkret bir vəziyyəti var idi və KTMT mexanizmləri işləməli idi, amma işləmədi. Bu, əlbəttə ki, KTMT ilə münasibətlərimizdə yaranan vəziyyətə gətirib çıxardı”.

Sonda Paşinyan dolayısı ilə Putindən həm də xahiş edib ki, Ermənistanda Qarabağ hərəkatına son qoyulması üçün ona dəstək versin.

Bəli, gizli deyil ki, Rusiyada bəzi qüvvələr keçmiş “qarabağlı”ların yenidən hakimiyyətə gətirilməsinə səy göstərirlər… Bu barədə dəfələrlə açıq mesajlar gündəmdə olub, media yazıb.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!